Yuxarı
    Bağlamaq

    Dərbəndin ən iri ticarət mərkəzi yanıb

    Dükan sahibləri milyonlarla rubl ziyana düşdüklərini bildirib

    Bakı. 13 yanvar. REPORT.AZ/ Dərbənddə "Adilveys" bazarında yanğın olub. "Report" "Kafkaz-uzel"ə istinadən xəbər verir ki, qısa müddət ərzində bazarın 34 pavilionu yanıb.

    Artıq yanğın söndürülüb.

    Dükan sahibləri milyonlarla rubl ziyana düşdüklərini deyiblər.

    Məlumata görə, bu, həmin bazarda baş verən ilk hadisə deyil. 2013-cü il  sentyabrın 13-də bazarın 2 min kvadrat metr sahəsi və xəz anbarı yanıb.

    Bu bazar Dərbəndin ən iri ticarət mərkəzi sayılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi