Yuxarı
    Bağlamaq

    Dərbənd meri vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur

    İmam Yaraliyev federal mülkiyyətdə olan torpaq sahəsini bələdiyyə mülkiyyətinə keçirmək istəyib

    Bakı. 13 fevral. REPORT.AZ/ Dərbənd şəhərinin meri İmam Yaraliyev haqqında Rusiya Cinayət Məcəlləsinin 286-cı maddəsi ilə (vəzifə səlahiyyətlərini aşma) cinayət işi açılıb.

    "Report"un İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, iddia olunur ki, 2010-cu ildən mer vəzifəsini icra edən İ.Yaraliyev 2014-cü ildə federal mülkiyyətdə olan 1500 kv.m. torpaq sahəsini qanunsuz olaraq bələdiyyə mülkiyyətinə keçirmək istəyib.

    Xatırladaq ki, Dərbənd meriyasının dövlətə 36 milyon rubl həcmində ziyan vurması ilə bağlı materiallar bu ay Dağıstanın hüquq-mühafizə orqanları tərəfindən prokurorluğa təqdim olunmuşdu.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi