Yuxarı

Deputat: “Qazprom”la imzalanmış müqaviləni görmək Gürcüstan Parlamentinin şərəf məsələsidir”

“Deputatlar hökumətin böyük maraq göstərdiyi müqaviləni görməlidir

Tbilisi. 17 fevral. REPORT.AZ/ “Gürcüstan hökumətinin “Qazprom”la imzaladığı müqavilənin şərtlərini öyrənmək üçün parlamentdə etimad qrupu yaradılmalıdır”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu tələblə “Azadlıq uğrunda hərəkat – Avropa Gürcüstanı” Partiyasının üzvü, parlamentin deputatı Serqo Ratiani çıxış edib.

Serqo Ratiani deyib: “Deputatlar hökumətin böyük maraq göstərdiyi müqaviləni görməlidir. “Qazprom”la bağlanmış müqavilə ilə tanışlıq parlamentin şərəf məsələsidir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi