Bakı. 18 yanvar. REPORT.AZ/ "Ermənistan Milli Konqresinin lideri, keçmiş prezident Levon Ter-Petrosyanın xəstəliyi ciddi olsa da, müalicəsi mümkündür".
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Milli Konqresin ölkə parlamentindəki fraksiyasının başçsısı Levon Zurabyan yanvarın 18-də keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, keçmiş prezidentin müalicəsiylə tanınmış həkimlər məşğul olurlar. Bununla belə, Levon Zurabyan Milli Konqresin liderinə qoyulan diaqnozu açıqlamayıb: "Mən diaqnozu burada açıqlaya bilmərəm".
Qeyd edək ki, ötən həftə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan oğlunun toyunu təxirə salaraq, ABŞ-a səfərə gedib.
Məlumata görə, o, səfərdən öncə, yanvarın 8-də ABŞ-ın Ermənistandakı səfiri ilə görüşüb.