Yuxarı
    Bağlamaq

    Deputat: "Gürcüstanın bəzi bölgələrində təbii qazın qiyməti nəzərdə tutulduğundan çox artırılıb"

    Zurab Çiaberaşvili: Hökumət vətəndaşlardan gizli şəkildə qiyməti bahalaşdırıb

    Tbilisi. 20 sentyabr. REPORT.AZ/ “Gürcüstan hökuməti vətəndaşlardan gizli şəkildə təbii qazın qiymətini 10-12 tetri artırıb”.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu “Avropa Gürcüstanı” Partiyasından deputat Zurab Çiaberaşvili parlamentin iclasında bəyan edib.

    O deyib ki, yay tətili zamanı çox ciddi dəyişiklik olub. Təbii qazın qiyməti 0,5 tetri artırılıb. Amma bu, Tbilisi əhalisi üçün belədir. Regionlarda isə artım 11-12 tetri, bəzi bölgələrdə hətta bundan da çoxdur.

    Onun sözlərinə görə, Saqareco və Kazbeqi rayonlarında qiymətlər 17 tetri, Duşeti rayonunda 16 tetri, Zestafonudə 14 tetri, Qurdcaani rayonunda isə 13 tetri artırılıb. Yay vaxtı bu artım əhali tərəfindən çox hiss olunmasa da, qış mövsümündə ağır olacaq.

    Deputat bildirib ki, Gürcüstan hökuməti elektrik enerjisinin də qiymətlərini artırmaq niyyətindədir. Ölkənin əsas elektrik enerjisi paylayıcısı “Telasi” şirkəti artıq bununla əlaqədar olaraq Elektrik Enerjisi, Su Təchizatının Təmzinlənməsi üzrə Milli Komissiyaya müraciət edib.

    Digər şirkətlər də komissiyaya müraciət ediblər və qurum sentyabrın əvvəlindən müraciətləri araşdırır.

    “Müraciətlər üzrə qərar dekabrın 31-dək qəbul olunmalıdır. Yeni tariflərlə bağlı qərar 2018-ci ildən qüvvəyə minəcək və 3 il müddətində qüvvədə olacaq”, - deyə, Zurab Çiaberaşvili vurğulayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi