Deputat: “Ermənistanda siyasi sistem şimpanze səviyyəsindədir”

Deputat: “Ermənistanda siyasi sistem şimpanze səviyyəsindədir” Nikol Paşinyan: “Hakimiyyət konstitusiyada edilən dəyişikliklərə uyğun olaraq, formal redaktələrin edilməsini istəyir”
Region
3 Oktyabr , 2017 17:15
Deputat: “Ermənistanda siyasi sistem şimpanze səviyyəsindədir”

Bakı. 3 oktyabr. REPORT.AZ/ “Sözümü bizim hakimiyyətə ünvanlayıram: Ermənistanda siyasi sistem şimpanze səviyyəsindədir”.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu parlamentdəki “Çıxış” adlı müxalifət fraksiyasının başçısı Nikol Paşinyan “Yerevan şəhərinin yerli özünüidarəetməsi haqqında” qanun layihəsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, hakimiyyət konstitusiyada edilən dəyişikliklərə uyğun olaraq, idarəçilikdə də formal redaktələrin edilməsini istəyir: "Bu isə demokratik şəhər hakimiyyətinə təhlükə yaradır. Belə baxanda əhəmiyyətsizdir: nə fərqi var? Ancaq insanın da oranqutandan geneteik fərqi 2 faizdir. Nəticə necədir? Hakimiyyətimizə üzümü tutub deyirəm: bizdə siyasi sistem şimpanze səviyyəsindədir. Odur ki, makaki meymunu səviyyəsinədək enməyin”.

Son xəbərlər

Orphus sistemi