Dəniz Baykalın videosunu yaydıqlarına görə 89 şübhəlinin həbsinə order verilib

Dəniz Baykalın videosunu yaydıqlarına görə 89 şübhəlinin həbsinə order verilib O, həmin görüntülərə görə partiyanın sədrliyindən istefa vermək məcburiyyətində qalmışdı
Region
2 Avqust , 2016 15:47
Dəniz Baykalın videosunu yaydıqlarına görə 89 şübhəlinin həbsinə order verilib

Bakı. 2 avqust. REPORT.AZ/ Türkiyənin əsas müxalifət partiyasının sabiq sədri Dəniz Baykalın videogörüntülərinin yayılması ilə bağlı yeni detallar ortaya çıxıb. 

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Ankara Prokurorluğu Milliyyətçi Hərəkat Partiyasının (MHP) bəzi sabiq deputatları və Cümhuriyyət Xalq Partiyasının (CHP) Antalyadan seçilmiş millət vəkili Dəniz Baykala aid olduğu iddia edilən videogörüntülərlə bağlı aparılan istintaq tədbirləri çərçivəsində 170 şübhəlidən 89 nəfərinin həbsinə order verilib.

Məlumata görə, onlardan 36-sı saxlanılıb, digər 53 şübhəlinin yaxalanması üçün axtarşlar aparılır. Saxlanılanlardan 34 nəfəri polisdir. 

Qeyd edək ki, 2010-cu il mayın 7-də CHP-nin sabiq sədri Dəniz Baykalın partyadaşı, keçmiş millət vəkili Nəsrin Baytokla seks videosu olduğu iddia edilən görüntülər internetdə yayımlanmışdı. Nəticədə D.Baykal partiyanın sədrliyindən istefa vermək məcburiyyətində qalmışdı. Bundan sonra video araşdırılması üçün Beynəlxalq Kriminal Bürosuna göndərilib və görüntülərin montaj olduğu bildirilib. 

Son xəbərlər

Orphus sistemi