Davutoğlu: "Türkiyənin cənub sərhədlərində terror zolağı yaradmaq istəyirlər"

Davutoğlu: "Türkiyənin cənub sərhədlərində terror zolağı yaradmaq istəyirlər" "Rusiya, Bəşşar Əsəd rejimi və terrorçu PKK və YPG təşkilatları ilə əlbir olub"
Region
1 Mart , 2016 01:22
Davutoğlu: Türkiyənin cənub sərhədlərində terror zolağı yaradmaq istəyirlər

Bakı. 1 mart. REPORT.AZ/ "Türkiyə öz cənub sərhədlərində terrorçuların nəzarətində olan zolağın formalaşmasına imkan verməyəcək". "Report"-un "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Əhməd Davutoğlu bildirib.

"Rusiya Bəşşar Əsəd rejimi və terrorçu PKK və YPG təşkilatları ilə əlbir olub. Ankara bu oyunların mahiyyətini yaxşı başa düşür və bu kimi planların reallaşmasına imkan verməyəcək", - deyə Davutoğlu vurğulayıb.

Hökümət başçısı qeyd edib ki, Türkiyənin təhlükəsizliyinə təsir edən istənilən məsələdə Ankara sərt addım atmağa hazırdır.

Davutoğlu, həmçinin, deyib ki, Suriyada atəşkəs rejiminin nəticə verməsi üçün ilk növbədə Rusiya və Əsəd rejimi öz öhdəliklərinə sadiq olmalıdırlar.

Son xəbərlər

Orphus sistemi