Davutoğlu: "Seçki baryerinin aşağı salınmasını təklif edəcəyik"

Davutoğlu: "Seçki baryerinin aşağı salınmasını təklif edəcəyik" "Türkiyədə tətbiq olunan 10 faizlik seçki baryeri qeyri məqbuldur və bu göstərici aşağı salınmalıdır"
Region
16 İyul , 2015 01:31
Davutoğlu: Seçki baryerinin aşağı salınmasını təklif edəcəyik

Bakı. 16 iyul. REPORT.AZ/ Türkiyənin hazırki baş naziri Əhməd Davudoğlu seçki qanunvericiliyində dəyişikliklərin təklif edəcəklərini bəyan edib.

"Report"un NTV telekanalına istinadən verdiyi xəbərə görə, baş nazir bildirib ki, Türkiyədə tətbiq olunan 10 faizlik seçki baryeri qeyri məqbuldur və bu göstərici aşağı salınmalıdır.

"Biz, koalisiya höküməti ilə bağlı danışıqlar zamanı bu təklifi də müzakirə edəcəyik" - deyən Davudoğlu, Nazirlər Kabinetinin formalaşdırılması prosesini də şərh edib.

Onun sözlərinə görə, hakim Ədalət və İnkişaf Partiyası ilə koalisiya hökümətini qurma firkinə ən yaxın olan siyasi qurum - Cumhuriyyət Xalq Partiyasıdır.

Davudoğlu bildirib ki, Ramazan bayramından sonra hökümətin formalaşdırılması məsələsi bütün təfərruatları ilə müzakirə ediləcək.

Son xəbərlər

Orphus sistemi