Yuxarı

Davutoğlu: "İstanbulda törədilən terror aktı ilə bağlı daha 4 şəxs saxlanılıb"

Hazırda İstanbulun müxtəlif xəstəxanalarında 6 yaralı var

Bakı. 13 yanvar. REPORT.AZ/ İstanbulun Sultanəhməd meydanında tramvay dayanacağının qarşısında törədilən terror aktı ilə bağlı daha 4 şəxs şübhəli qismində saxlanılıb. Beləliklə, terror aktı ilə bağlı saxlanılan şəxslərin sayı 5-ə çatıb.

"Report"un məlumatına görə, bunu Baş naziri Əhməd Davutoğlu açıqlayıb.

Davutoğlu qeyd edib ki, hazırda istanbulun müxtəlif xəstəxanalarında 6 yaralı var. Onların əksəriyyəti xarici vətəndaşlardır.

Baş nazir onu bildirib ki, İstanbulda təhlükəsizliyin təmin edilməsi istiqamətində bundan sonra da ciddi addımlar atılacaq: "Terrorizm qlobal problemdir. Bu vəbaya qarşı hamımımız birgə mübarizə aparmalıyıq".

Xatırladaq ki, dünən İstanbulun mərkəzindəki Sultanəhməd meydanında törədilən partlayış nəticəsində 10 nəfər həlak olub, 15 nəfər yaralanıb. Suriyadan olan terrorçu özünü almaniyalı turist qrupunun yaxınlığında partladıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi