Davutoğlu İŞİD-lə qarşıdurmanın yaşandığı Kilis bölgəsinə səfər edib - FOTO

Davutoğlu İŞİD-lə qarşıdurmanın yaşandığı Kilis bölgəsinə səfər edib - FOTO "Rəsmi Ankara da hər bir türk hərbçisinə sahib çıxmağa hazırdır"
Region
8 Avqust , 2015 20:29
Davutoğlu İŞİD-lə qarşıdurmanın yaşandığı Kilis bölgəsinə səfər edib - FOTO

Bakı. 8 avqust. REPORT.AZ/ Türkiyənin baş naziri Ahmet Davutoğlu Suriya ilə sərhəddə yerləşən Kilis vilayətinin Əlbəyli qəsəbəsini ziyarət edib.

"Report"un NTV telekanalına istinadən verdiyi xəbərə görə, iyulun 23-də bu qəsəbənin yaxınlığında İŞİD terror qruplaşmasının üzvləri ilə türkiyəli hərbçilər arasında silahlı qarşıdurma baş vermişdi. Nəticədə 1 zabit şəhid olmuşdu, 2 çavuş isə yaralanmışdı. Türkiyə Silahlı Qüvvələri cavab atəşi ilə 5 İŞİD terrorçusunu məhv etmişdi.

Davutoğlu burada keçirdiyi mətbuat konfransında bildirib ki, Suriyada baş verən qanlı münaqişə davam etdiyi müddətdə Türkiyə sərhədlərində sabitliyə nail olmaq mümkün olmayacaq. Bununla belə rəsmi Ankara da hər bir türk hərbçisinə sahib çıxmağa hazırdır.

Son xəbərlər

Orphus sistemi