Əhməd Davudoğlunun erməni baş müşaviri vəzifəsindən çıxarılıb

Əhməd Davudoğlunun erməni baş müşaviri vəzifəsindən çıxarılıb Etyen Mahçupyan: "Hazırda xaricdəyəm "
Region
16 Aprel , 2015 14:35
Əhməd Davudoğlunun erməni baş müşaviri vəzifəsindən çıxarılıb

Bakı. 16 aprel. REPORT.AZ/ Türkiyənin baş naziri Əhməd Davudoğlunun erməni baş müşaviri Etyen Mahçupyan bu il martın 9-da tutduğu vəzifədən uzaqlaşdırılıb.

"Report" xəbər verir ki, bu haqda "Hürriyət" məlumat yayıb.

Mahçupyan qəzetə müsahibəsində bildirib ki, yaş həddi ilə əlaqədar bu il martın 9-dan etibarən baş müşavir vəzifəsində çalışmır.

"Mən indi fəxri müşavir kimi vəzifəmi icra edirəm. Bu məsələdə bir dəyişiklik olub: indi maaş almıram. Hazırda xaricdəyəm və burada fəaliyyətimi davam etdirirəm".

Xatırladaq ki, E.Mahçupyan 1950-ci il martın 9-da anadan olub. Ölkə qanunlarına əsasən, 65 yaşdan sonra dövlət məmuru təqaüdə çıxarılır.

Son xəbərlər

Orphus sistemi