Davudoğlu: Vətən torpağının hər qarışında təhlükəsizliyi təmin etmək əzmindəyik

Davudoğlu: Vətən torpağının hər qarışında təhlükəsizliyi təmin etmək əzmindəyik Türkiyənin baş naziri xalqa müraciət edib
Region
1 Avqust , 2015 05:03
Davudoğlu: Vətən torpağının hər qarışında təhlükəsizliyi təmin etmək əzmindəyik

Bakı. 1 avqust. REPORT.AZ/ "Türkiyədə terrorizmlə mübarizə tədbirləri davam etdiriləcək". "Report"un NTV telekanalına istinadən verdiyi xəbərə görə bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

Xalqa müraciət edən hökümət başçısı deyib ki, terrorçularla mübarizə Türkiyədə hər bir vətəndaşın təhlükəsizliyini təmin etmək baxımından vacib şərtdir.

Onun sözlərinnə görə, bu gün Suriya ilə həmsərhəd bölgələrdə İŞİD-ə qarşı aparılan əməliyyatlarla yanaşı Türkiyənin daxilində də PKK və DHKP-C kimi terror təşkilatlarıyla mübarizə davam etdirilir: "Bu üç terror təşkilatının üzvlərinə qarşı 39 vilayətdə aparılan məqsədyönlü tədbirlər nəticəsində son günlərdə 1302 nəfər həbs edilib. Vətən torpağının hər qarışında təhlükəsizliyi təmin etmək əzmindəyik".

Son xəbərlər

Orphus sistemi