​Davudoğlu: "Türkiyə Silahlı Qüvvələri yalnız "İŞİD" obyektlərinə zərbələr endirir"

​Davudoğlu: "Türkiyə Silahlı Qüvvələri yalnız "İŞİD" obyektlərinə zərbələr endirir" Baş nazir: "Zərbələr endirdiyimiz ərazilərdə dinc əhali olmayıb və mülki şəxslər arasında ölən yoxdur"
Region
27 İyul , 2015 16:18
​Davudoğlu: Türkiyə Silahlı Qüvvələri yalnız İŞİD obyektlərinə zərbələr endirir

Bakı. 27 iyul. REPORT.AZ/ Cümə günündən etibarən Suriyadakı "İslam Dövləti" və İraqın şimalındakı Kürd Fəhlə Partiyası (PKK) yaraqlılarının mövqelərinə zərbələr endirən türk ordusu yalnız bu təşkilatların hərbi infrastrukturunu hədəfə alıb. Bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri cümə günündən etibarən "İŞİD" və PKK hədəflərinə zərbələr endirməyə başlayıb. Bomba zərbələri F-16 qırıcı təyyarələri və Türkiyənin sərhəd zolağından tank və artilleriya vasitəsilə həyata keçirilib.

"Bomba zərbələri İraqın şimalındakı Kandil də daxil olmaqla, məlum hərbi hədəflərə və Suriyada yerləşən "İŞİD" qruplaşmasının vacib hərbi oyektləri, həmçinin, hərbi anbarlarına yönəldilib. Zərbələr endirdiyimiz ərazilərdə dinc əhali olmayıb və mülki şəxslər arasında ölən yoxdur", - baş nazir jurnalistlərə bildirib.

Qeyd edək ki, əməliyyatlar 20 iyul tarixində Şanlıurfa əyalətində 32 nəfərin hayatına son qoyan qanlı terror hücumundan və iyulun 23-də Suriya sərhədində bir hərbçinin öldürülməsindən sonra başlayıb.

Son xəbərlər

Orphus sistemi