Davudoğlu: Dəməşqdə və ya Qəzzada insanlar öldürüləndə dünyadan oxşar həmrəylik gözləyəcəyik

Davudoğlu: Dəməşqdə və ya Qəzzada insanlar öldürüləndə dünyadan oxşar həmrəylik gözləyəcəyik "Bizim üçün terrorçunun rəngi, irqi və ya məzhəbi heç bir əhəmiyyət kəsb etmir"
Region
12 Yanvar , 2015 01:19
Davudoğlu: Dəməşqdə və ya Qəzzada insanlar öldürüləndə dünyadan oxşar həmrəylik gözləyəcəyik

Bakı. 12 yanvar. REPORT.AZ/ Parisdə son terror hadisələri zamanı öldürülən 17 insanı anmaq məqsədiylə keçirilən Birlik Yürüşündə iştirak edən Türkiyənin baş naziri Əhməd Davudoğlu daha sonra Türkiyənin Fransa səfirliyində mətbuat konfransı keçirib.

"Report" Anadolu Agentliyinə istinadla xəbər verir ki, Ə. Davudoğlu dünya ictimaiyyətini terrorizmlə mübarizədə ikili standartlara yol verməməyə çağırıb.

"Biz öz öhdəliyimizi yerinə yetirdik və Fransa xalqı ilə həmrəy olduğumuzu nümayiş etdirdik. Sabah Dəməşqdə yaxud da Qəzzada insanlar öldürüləndə də dünya liderlərindən oxşar həmrəylik gözləyəcəyik", - deyən Türkiyənin hökümət başçısı, ölkəsinin də terrordan çox əziyyət çəkdiyini xatırladıb: "Bizim üçün terrorçunun rəngi, irqi və ya məzhəbi heç bir əhəmiyyət kəsb etmir. İslamofobiyanın qarşısı alınmalıdır. Türkiyə Avropada yaşayan müsəlmanların mövcudluğunun qarantıdır".

Qeyd edək ki, ötən axşam Fransada "Charlie Hebdo" satirik jurnalı redaksiyasına hücumda hәlak olan 12 әmәkdaşın vә Vәnsan darvazasında törədilәn terror aktında dünyasını dәyişәn daha beş nәfәrin xatirәsini yad etmәk, terrorizmə qarşı münasibәt bildirmәk məqsədilə ümumölkә nümayişi keçirilib. Aksiyada 1,6 milyon insan iştirak edib.

Son xəbərlər

Orphus sistemi