Bakı. 24 sentyabr. REPORT.AZ/ Türkiyənin baş naziri Əhməd Davudoğlu Qurban bayramı namazını ölkənin Diyarbəkr şəhərindəki "Ulu" məscidində qılıb.
"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.
O, xanımı Sara və oğlu Mehmet Davudoğlu ilə birlikdə yerli vaxtla 00.30-da (Bakı vaxtı ilə 02.30-da) Diyarbəkr hava limanına enib. Baş naziri əyalətin valisi Hüseyn Aksoy və yerli hakimiyyətin digər məsulları qarşılayıb.
Əhməd Davudoğlunu bu səfərdə baş nazirin müavini Cevdət Yılmaz, qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Kutbettin Arzu müşayiət edib.
Baş nazir namazdan sonra vaizi dinləyib, vətəndaşlarla bayramlaşıb.