David Zalkaliani: “Rusiya XİN başçısı ilə görüşdən öncə strateji tərəfdaşlarla məsləhətləşmələr aparılıb”

David Zalkaliani: “Rusiya XİN başçısı ilə görüşdən öncə strateji tərəfdaşlarla məsləhətləşmələr aparılıb” “Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdən öncə biz avropalı və strateji tərəfdaşlarımızla məsləhətləşmələr aparmışıq”.
Region
26 Sentyabr , 2019 21:09
David Zalkaliani: “Rusiya XİN başçısı ilə görüşdən öncə strateji tərəfdaşlarla məsləhətləşmələr aparılıb”

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdən öncə biz avropalı və strateji tərəfdaşlarımızla məsləhətləşmələr aparmışıq”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

Onun sözlərinə görə, rusiyalı həmkarı ilə görüş əhəmiyyətli addım olub: “Bu görüş Rusiya Federasiyası ilə birbaşa danışıq aparmaq üçün ilk imkan olub”.

XİN başçısı bildirib ki, görüşdə Gürcüstan ərazilərinin işğaldan azad edilməsi, qanunsuz sərhədləşmə, həmçinin Rusiya-Gürcüstan münasibətlərinin ən problemli məsələləri və Cenevrə danışıqlar formatı da müzakirə olunub.

D.Zalkaliani vurğulayıb ki, rusiyalı həmkarı ilə keçirdiyi görüş barədə beynəlxalq tərəfdaşlar məlumatlandırılacaq və vəziyyətin deeskalasiyası üçün atılacaq addımlar barədə müzakirələr davam etdiriləcək.

Qeyd edək ki, D.Zalkaliani və S.Lavrov arasında görüş bu gün BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən 74-cü sessiyası çərçivəsində İsveçrənin təşəbbüsü və təşkilatçılığı ilə baş tutub. 

Son xəbərlər

Orphus sistemi