Daşkənddəki məscidlərdən birinə İslam Kərimovun adı veriləcək

Daşkənddəki məscidlərdən birinə İslam Kərimovun adı veriləcək Məscid "İslam ata" adlandırılacaq
Region
13 Sentyabr , 2016 12:35
Daşkənddəki məscidlərdən birinə İslam Kərimovun adı veriləcək

Bakı. 13 sentyabr. REPORT.AZ/ Özbəkistan paytaxtı Daşkənddəki məscidlərdən birinə ölkənin ilk prezidenti İslam Kərimovun adı veriləcək və "İslom ota" ("İslam ata") adlandırılacaq.

"Report" Özbəkistan KİV-ə istinadən xəbər verir ki, bunu İslam Kərimovun kiçik qızı Lola Kərimova-Tillyayeva bildirib.

"Din xadimlərinin və ictimaiyyətin təklifi ilə Daşkənddəki məscidlərdən birinin adı dəyişdirilərək Özbəkistanın birinci prezidenti, atam İslam Kərimovun xatirəsinə "İslom ota" adlandırılacaq", - deyə o, "Facebook" səhifəsində yazıb. 

Son xəbərlər

Orphus sistemi