Yuxarı

Daşkənddəki “Özbəkistan” küçəsinə İslam Kərimovun adı verilib

Daşkənddəki “Özbəkistan” küçəsinə İslam Kərimovun adı verilib
Sərəncama əsasən, Daşkənddəki Beynəlxalq hava limanına da onun adı verilib

Bakı. 3 mart. REPORT.AZ/ Özbəkistan paytaxtı Daşkəndin mərkəzi küçələrindən birinə ölkənin ilk prezdenti İslam Kərimovun adı verilib.

“Report” xəbər verir ki, bu haqda şəhər adminstrasiyasının rəsmi saytında məlumat yayılıb. 

İnformasiyaya görə, Özbəkistan prezidenti Şavkat Mirziyoyevin ölkənin ilk prezidentinin adının əbədiləşdidirilməsi haqqında imzaladğı sərəncama əsasən, “Özbəkistan” küçəsinin adı dəyişdirilərək, İslam Kərimov küçəsi adlandırılıb.

Sərəncama əsasən, Daşkənddəki Beynəlxalq hava limanına da İslam Kərimovun adı verilib.

Prezidentin imzladığı sənədə görə, İslam Kərimovun anadan olduğu tarix yanvarın 30-u bayram, öldüyü sentyabrın 2-si tarixi isə ilk Prezidenti Anım günü kimi qeyd ediləcək.

Qeyd edək ki, İslam Kərimov 2016-cı il sentyabrın 2-də 78 yaşında Daşkənddə vəfat edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi