​Dağlıq Qarabağ separatçılarının əsas sponsoruna qarşı yeni ittiham irəli sürülüb

​Dağlıq Qarabağ separatçılarının əsas sponsoruna qarşı yeni ittiham irəli sürülüb O, keçmiş senatorun anasından dələduzluq yolu ilə 700 min dollar almaqda da günahkar bilinir
Region
7 Sentyabr , 2015 15:31
​Dağlıq Qarabağ separatçılarının əsas sponsoruna qarşı yeni ittiham irəli sürülüb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Rusiya İstintaq Komitəsi erməni əsilli iş adamı Levon Ayrapetyana qarşı yeni ittiham irəli sürüb.

"Report" xəbər verir ki, bu haqda "Kommersant" qəzeti yazıb. 

O, Başkordıstanın “Başneft” şirkətinin əmlakını mənimsəməkdə, onu leqallaşdırmaqda, habelə ömürlük həbsdə olan Başkordıstanın keçmiş senatoru İqor İzmestyevin anasından dələduzluq yolu ilə 700 min dollar almaqda ittiham olunur.

Xəbərə görə, keçmiş senatorun anası bu məbləği oğlunun cəzasının yüngülləşdirilməsi və cinayət işinin yenidən istintaqa qaytarılması üçün Rusiya vətəndaşı olan erməni iş adamı L.Ayrapetyana verib.

Erməni iş adamı 700 min dolları İ.İzmestyevin işi ilə bağlı məhkəmə qərarına təsir etmək üçün Rusiya KİV-də təbliğat aparmalıymış. L.Ayrapetyan əvvəlcə faktı təkzib edib.

Qeyd edək ki, erməni iş adamı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki erməni separatçılarına maliyyə yardımı edən erməni diasporunun əsas üzvüdür.

Son xəbərlər

Orphus sistemi