Yuxarı

Dağıstanlı nazir Ukraynaya qaçıb

Dağıstanlı nazir Ukraynaya qaçıb

Bakı. 27 fevral. REPORT.AZ/ İbrahim Qazıbəyovun evində və rəhbərlik etdiyi nazirlikdə hüquq mühafizə orqanları tərəfindən axtarış aparılıb. 

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, ancaq Rusiyanın Dağıstan Respublikasının memarlıq və mənzil-kommunal təsərrüfat naziri vəzifəsini müvəqqəti icra edən bu şəxsi nə yaşayış, nə də iş yerində tapmayıblar.

İ.Qazıbəyovun artıq ölkəni tərk etdiyi və hazırda Ukrayna ərazisində olduğu bildirilir. 

Qeyd edək ki, İ.Qazıbəyov Dağıstan Respublikasının sabiq baş naziri, hazırda həbsdə olan Abdusamad Həmidovla əlbir olaraq insanların qəzalı vəziyyətdəki mənzillərdən köçürülməsi prosesində ünvanlı proqramların icrası zamanı qiymətləri şişirtməkdə şübhəli sayılır.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi