​Dağıstanın yeni himni qəbul edilib

​Dağıstanın yeni himni qəbul edilib Respublika parlamentinin 90 deputatından 80-i bu atributun lehinə, iki nəfər isə əleyhinə səs verib
Region
25 Fevral , 2016 16:38
​Dağıstanın yeni himni qəbul edilib

Bakı. 25 fevral. REPORT.AZ/ Xalq Məclisi Dağıstan Respublikasının yeni hiimnini təsdiqləyib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın başçısı Ramazan Abdulatipov bildirib.

"Bu himnlə bizi həm Rusiyada, həm də ondan xaricdə tanımalıdırlar. Bu, Dağıstan ruhu, bizim mentalitetimizdir", - deyə o qeyd edib.

Respublika parlamentinin 90 deputatından 80-i bu atributun lehinə, iki nəfər isə əleyhinə səs verib.

Yeni himnin musiqisini Murad Kajalayev yazıb. Himnin sözləri Rəsul Həmzətovun "And" şeiridir.

Yeni himndə Dağıstanın təbiəti, xalqları və onların vətənə sədaqətindən bəhs edilir. 

Son xəbərlər

Orphus sistemi