Dağıstanın üç rayonunda antiterror əməliyyatı aparılır

Dağıstanın üç rayonunda antiterror əməliyyatı aparılır Əməliyyatın məqsədi yaraqlıların və onların havadarlarının axtarışıdır
Region
30 İyun , 2016 09:50
Dağıstanın üç rayonunda antiterror əməliyyatı aparılır

Bakı. 30 iyun. REPORT.AZ/ Dağıstanın üç dağlıq rayonunda antiterror əməliyyatı rejimi tətbiq edilməyə başlanılıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə respublikanın əməliyyat qərargahının nümayəndəsi məlumat verib.

Antiterror əməliyyatı səhər saatlarından Şamil rayonunda, eləcə də Xunzax rayonunun Nakitl kəndi yaxınlığındakı dağlıq-meşəlik ərazilərdə və Qunibski rayonunun Qaradağ kəndində aparılır. Əməliyyatın məqsədi yaraqlıların və onların havadarlarının axtarışıdır.

Xatırladaq ki, iyunun 16-17-də Dağıstan Süleyman-Stalski və Dərbənd rayonlarında baş vermiş iki silahlı qarşıdurma nəticəsində 5 xüsusi təyinatlı hərbçi ölmüş, daha 4 hərbçi yaralanmışdı.

Son xəbərlər

Orphus sistemi