Dağıstanın sabiq rəhbərinin qardaşı rüşvət üstündə saxlanılıb - YENİLƏNİB

Dağıstanın sabiq rəhbərinin qardaşı rüşvət üstündə saxlanılıb - YENİLƏNİB Bakı. 26 sentyabr. REPORT.AZ/ Dağıstanın sabiq rəhbəri Ramazan Abdulatipovun qardaşı, respublika Xalq Məclisinin millət vəkili Rəcəb Abdulatipov kriminal birlikdə iştirakına görə saxlanılıb.
Region
26 Sentyabr , 2018 17:32
Dağıstanın sabiq rəhbərinin qardaşı rüşvət üstündə saxlanılıb - YENİLƏNİB
0 : 00
0 : 00

Bakı. 26 sentyabr. REPORT.AZ/ Dağıstanın sabiq rəhbəri Ramazan Abdulatipovun qardaşı, respublika Xalq Məclisinin millət vəkili Rəcəb Abdulatipov kriminal birlikdə iştirakına görə saxlanılıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsindən verilən məlumata görə, tezliklə ona müvafiq qaydada ittiham təqdim ediləcək: “Respublika Tibbi Sosial Bürosu işçilərindən ibarət dəstə üzvləri rüşvət müqabilində vətəndaşlara əlillik dərəcəsi verirlərmiş”.


*** 15:43

Rusiyanın Dağıstan Respublikasının sabiq rəhbəri Ramazan Abdulatipovun qardaşı Rəcəb Abdulatipov saxlanılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinin Mahaçqaladakı baş idarəsinə gətirilən Rəcəb Abdulatipovun istintaqla bağlı Moskvaya aparılacağı deyilir.

Faktı Dağıstan parlamentində də təsdiqləyiblər. Onun hansı səbəbdən saxlanıldığı açıqlanmır.

Son xəbərlər

Orphus sistemi