Dağıstanda xüsusi əməliyyat zamanı üç yaraqlı zərərsizləşdirilib

Dağıstanda xüsusi əməliyyat zamanı üç yaraqlı zərərsizləşdirilib Öldürülən yaraqlılardan biri təhlükəsizlik qüvvələrinə dəfələrlə atəş açmış quldur kimi tanınıb
Region
12 Oktyabr , 2016 16:00
Dağıstanda xüsusi əməliyyat zamanı üç yaraqlı zərərsizləşdirilib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Dağıstanın Qubden kəndində keçirilən xüsusi əməliyyat zamanı ilkin məlumatlara görə üç yaraqlı öldürülüb. Əməliyyatın aktiv fazası davam edir.

"Report" xəbər verir ki, bu barədə TASS respublikanın güc strukturlarındakı mənbəyə istinadən məlumat verib.

Mənbənin məlumatına görə, öldürülən yaraqlılardan biri təhlükəsizlik qüvvələrinə dəfələrlə atəş açmış və 2012-ci ildə Qarabudaqkənd rayonunda polis konvoyunu partladan quldur kimi tanınıb. 

Son xəbərlər

Orphus sistemi