Yuxarı

​Dağıstanda xüsusi əməliyyat zamanı bir neçə yaraqlı zərərsizləşdirilib

Öldürülənlərin dəqiq sayı və şəxsiyyəti məlum deyil

Bakı. 26 yanvar. REPORT.AZ/ Dağıstanın Andi kəndində hüquq-mühafizə orqanları tərəfindən aparılan xüsusi əməliyyat zamanı bir neçə yaraqlı məhv edilib.

"Report"un xəbərinə görə, bu barədə TASS-a respublikanın güc strukturlarındakı mənbə məlumat verib.

"Döyüşlər Botlix rayonunun yaşayış məntəqəsində gedib. Cinayətkarların olduğu ev güclü dağıntıya məruz qalıb. Öldürülənlərin dəqiq sayı və şəxsiyyəti dağıntılar aradan qaldırıldıqdan sonra məlum olacaq", - deyə mənbə bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi