Yuxarı

Dağıstanda üç silahlı öldürülüb

Öldürülən silahlıların şəxsiyyəti təqiqləşdirilir. Hadisə yerində xüsusi tədbirlər davam etdirilir

Bakı. 29 noyabr. REPORT.AZ/ Dağıstanın cənubunda ötən gecə baş vermiş atışma zamanı üç silahlı öldürülüb. Bu barədə məlumatı TASS agentliyinə Respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər.

Məlumatda deyilir ki, Xüsusi Təyinatlı Polis Dəstəsinin əməkdaşları ilə silahlılar arasında silahlı qarşıdurma baş verib. Nəticədə üç silahlı öldürülüb. Hüquq-mühafizə orqanları əməkdaşları arasında xəsarət alan olmayıb. Öldürülən silahlıların şəxsiyyəti təqiqləşdirilir.

Dağıstanın Süleyman-Stal və Maqagamkent rayonları arasında yerləşən bütün yaşayış məntəqələrində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi