Dağıstanda üç silahlı öldürülüb

Dağıstanda üç silahlı öldürülüb Öldürülən silahlıların şəxsiyyəti təqiqləşdirilir. Hadisə yerində xüsusi tədbirlər davam etdirilir
Region
29 Noyabr , 2015 09:48
Dağıstanda üç silahlı öldürülüb

Bakı. 29 noyabr. REPORT.AZ/ Dağıstanın cənubunda ötən gecə baş vermiş atışma zamanı üç silahlı öldürülüb. Bu barədə məlumatı TASS agentliyinə Respublika Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən veriblər.

Məlumatda deyilir ki, Xüsusi Təyinatlı Polis Dəstəsinin əməkdaşları ilə silahlılar arasında silahlı qarşıdurma baş verib. Nəticədə üç silahlı öldürülüb. Hüquq-mühafizə orqanları əməkdaşları arasında xəsarət alan olmayıb. Öldürülən silahlıların şəxsiyyəti təqiqləşdirilir.

Dağıstanın Süleyman-Stal və Maqagamkent rayonları arasında yerləşən bütün yaşayış məntəqələrində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi