Dağıstanda polislərə atəş açan silahlı məhv edilib

Dağıstanda polislərə atəş açan silahlı məhv edilib Bakı. 14 sentyabr. REPORT.AZ/ Dağıstanın təhlükəsizlik qüvvələri silahlı şəxsi məhv ediblər.
Region
14 Sentyabr , 2018 01:49
Dağıstanda polislərə atəş açan silahlı məhv edilib

Bakı. 14 sentyabr. REPORT.AZ/ Dağıstanın təhlükəsizlik qüvvələri silahlı şəxsi məhv ediblər.

"Report"un məlumatına görə, bu barədə "İnterfax" xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Xasavyurt rayonunda qeydə alınıb. Polis əməkdaşları Çontaul kəndi yaxınlığında "VAZ-2110" avtomobilini sürücünün sənədlərini yoxlamaq üçün saxlamaq istəyiblər. Lakin bu vaxt avtomobildəki naməlum şəxs onlara atəş açıb. Silahlı cavab atəşi ilə öldürülüb.

Onun şəxsiyyəti müəyyənləşdirilir. İlkin məlumata görə, silahlı avtomobildə tək olub. 

Təhlükəsizlik qüvvələri arasında xəsarət alan yoxdur.  

Son xəbərlər

Orphus sistemi