Yuxarı

Dağıstanda polisə atəş açan iki silahlı öldürülüb

Son olaraq dekabr ayında Dağıstanda 5 silahlı öldürülmüşdü

BAKI. 28 yanvar. REPORT.AZ/ Dağıstanın Buynaksk rayonunun Nijnee Kazanişe kəndi yaxınlığında polis əməkdaşlarına atəş açan iki silahlı şəxs öldürülüb.

"Report" İnterfaks agentliyinə istinadən xəbər verir ki, ötən axşam avtomobili saxlamağa cəhd edən polis əməkdaşlarına atəş açılıb. Atışma nəticəsində maşında olan iki şəxs öldürülüb.

Qeyd edək ki, son olaraq ötən ilin dekabr ayında Dağıstanda keçirilən reyd zamanı 5 silahlı öldürülmüşdü.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi