Bakı. 28 avqust. REPORT.AZ/ Dağıstanın Kaspiysk şəhərində polis patruluna silahlı hücum olub.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbə atışma nəticəsində bir polis əməkdaşının həlak olduğunu, hücum edənlərdən ikisinin məhv edildiyini bildirib.
İlkin məlumatlara görə, hüquq-mühafizə orqanlarının əməkdaşları xidməti maşına yanacaq doldurarkən naməlum şəxslər onlara bıçaqla hücum ediblər.