Bakı. 20 iyun. REPORT.AZ/ Dağıstanda motoatıcı tağımların təlimi keçirilib.
"Report" xəbər verir ki, bu haqda Rusiya Cənub Hərbi Dairəsi mətbuat xidməti məlumat yayıb.
İnformasiyaya görə, təlim Adanak poliqonundan 50 km aralıda keçirilib.
Təlimlərdə 500-ə yaxın şəxsi heyət və 150 hərbi texnika iştirak edib.