Dağıstanda məktəb yaxınlığında içərisində bomba olan avtomobil aşkarlanıb

Dağıstanda məktəb yaxınlığında içərisində bomba olan avtomobil aşkarlanıb Maşın təhlükəsiz məsafəyə evakuasiya edilib, hadisə yerində mütəxəssislər çalışır
Region
2 Mart , 2017 12:27
Dağıstanda məktəb yaxınlığında içərisində bomba olan avtomobil aşkarlanıb

Bakı. 2 mart. REPORT.AZ/ Dağıstanın Dərbənd şəhərində məktəb yaxınlığında içərisində bomba və silah olan avtomobil aşkar edilib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, avtomobil bu gün səhər təhsil müəssisəsinin yaxınlığında aşkarlanıb.

Dağıstanın hüquq-mühafizə orqanlarındakı mənbənin veridiyi məlumata görə, maşın təhlükəsiz məsafəyə evakuasiya edilib, partlayıcını zərərsizləşdirmək üçün hadisə yerində mütəxəssislər çalışır, əhali üçün heç bir təhlükə yoxdur.

Son xəbərlər

Orphus sistemi