​Dağıstanda kənd administrasiyasının rəhbəri qətlə yetirilib

​Dağıstanda kənd administrasiyasının rəhbəri qətlə yetirilib Cavadovun meyiti səhər saatlarında Kakaşura kəndi yaxınlığında tapılıb
Region
1 Oktyabr , 2015 23:49
​Dağıstanda kənd administrasiyasının rəhbəri qətlə yetirilib

Bakı. 1 oktyabr. REPORT.AZ/ Ötən gün Dağıstanın Buynaksk rayonu, Karamaxi kəndində avtomatla silahlanmış 4-5 naməlum maskalı şəxs yerli administrasiya rəhbəri Cavadov Miqitin Əmirbəyoviçin evinə basqın edib.

"Report" xəbər verir ki, onlar administrasiya rəhbərini təhdid edərək zor gücü ilə evindən bayıra çıxardıblar və Cavadovun avtomobilinə əyləşərək onunla birgə naməlum istiqamətdə hərəkət ediblər.

"Miqitin Cavadovun avtomobili bu gün Qarabudaqkənd rayonu ərazisində aşkar edilib. Maşın sahibinin meyiti isə səhər saatlarında sözügedən rayonun Kakaşura kəndi yaxınlığında tapılıb. O güllələnmiş vəziyyətdə olub", - deyə Dağıstanın hüquq-mühafizə orqanlarındakı mənbədən bildiriblər.

Son xəbərlər

Orphus sistemi