Yuxarı

Dağıstanda itlər uşağı parçalayaraq öldürüb

Dağıstanda itlər uşağı parçalayaraq öldürüb

Bakı. 16 fevral. REPORT.AZ/ Rusiyanın Dağıstan Respublikasının Səməndər qəsəbəsinin Sulakskaya küçəsində hüquq-mühafizə orqanları 4 yaşlı uşağın parçalanmış halda cəsədini aşkar etdikdən sonra araşdırmaya başlayıblar.

Bu barədə "Report" Dağıstanın İstintaq Komitəsinin saytına istinadən xəbər verir.

Fevralın 15-də uşaq qısa müddətə nəzarətsiz qalıb, evin qapısından çıxıb və itkin düşüb. Valideynləri bir neçə saat onu axtardıqdan sonra polisə müraciət ediblər.

"Təxminən, 23:30 radələrində uşaq bədəni parçalanmış halda evdən 800 metr aralıda tapılıb. Uşağın ölümü itlərin hücumları və onu parçalaması nəticəsində ola bilər", - qurumun məlumatında deyilir.

Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini araşdırırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi