Yuxarı

​Dağıstanda iki qətl hadisəsi törədilib, məktəb direktoru, polis öldürülüb

Cinayətkarlar maşınla cinayət yerindən qaçaraq, gizləniblər

Bakı. 10 iyul. REPORT.AZ/Dağıstanda iki cinayət hadisəsi nəticəsində 3 nəfər qətlə yetirilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, onlardan biri məktəb direktoru, bir polis, biri isə adi sakindir.

İnformasiyaya görə, Dağıstanın Serqoqala rayonunun eyniadlı kəndində iki naməluma şəxs odlu silahdan atəş açaraq, biri polis olmaqla iki nəfəri yaralayıb, onlar hadisə yerindəcə ölüblər. Qatillər maşınla cinayət yerindən qaçaraq, gizləniblər.

Məlumata əsasən, cinayət faktını Dağıstan Daxili İşlər Nazirliyinin uyğun idarəsi təsdiqləyib.

Xəbərdə bildirilib ki, Dağıstanın Qarabudağkənd rayonunun Qubden kəndində naməlum şəxslər yerli orta məktəbin direktorunu bıçaqlayaraq, yaralayıblar. Məktəb direktoru aldığı bıçaq yaralarından ölüb.

Hər iki hadisə ilə bağlı cinayət işi açılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi