Yuxarı
    Bağlamaq

    ​Dağıstanda iki polis əməkdaşı öldürülüb

    Hadisə ilə bağlı cinayət işi açılıb

    Bakı. 12 avqust. REPORT.AZ/ Rusiyanın Dağıstan Muxtar Respublikasının İzberbaş şəhəri yaxınlığında odlu silahdan açılan atəş nəticəsində Yol Patrul Xidmətinin iki əməkdaşı öldürülüb.

    "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Muxtar Respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

    Məlumata görə, polis əməkdaşlarına atəş açan naməlum şəxslər gizləniblər. Şəhərdə və onun ətraf ərazilərində axtarış-əməliyyat tədbirləri həyata keçirilir.

    Faktla bağlı cinayət işi açılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi