Bakı. 13 oktyabr. REPORT.AZ/ Dağıstanın Xasavyurd rayonunda antiterror əməliyyatı zamanı İŞİD terror qruplaşmasının tərəfdarları olan iki yaraqlı zərərsizləşdirilib.
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
***15:39
Rusiya Federasiyasının Dağıstan Respublikasının Xasavyurd rayonunda polislə yaraqlılar arasında atışma olub, bir polis əməkdaşı yaralanıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Hadisə Endirey kəndində evlərdən birinin yoxlanışı zamanı baş verib.
Hazırda hücum edən yaraqlıların dəqiq sayı dəqiqləşdirilir.
Mənbənin verdiyi məlumata görə, Xasavyurd rayonunda artıq altı aydan çoxdur antiterror əməliyyatı (ATƏ) rejimi hökm sürür.