Dağıstanda Doku Umarovun davamçısı öldürülüb

Dağıstanda Doku Umarovun davamçısı öldürülüb "İmarat Qafqaz" beynəlxalq terror təşkilatının başçısı Əliashab Kebekov xüsusi əməliyyat zamanı öldürülüb
Region
20 Aprel , 2015 17:30
Dağıstanda Doku Umarovun davamçısı öldürülüb

Bakı. 20 aprel. REPORT.AZ/ Dağıstanda keçirilən xüsusi əməliyyat zamanı "İmarat Qafqaz" beynəlxalq terror təşkilatının başçısı və Doku Umarovun davamçısı olan Əliashab Kebekov öldürülüb. Bu barədə "Report" "Qazeta.ru"ya istinadən xəbər verir. 

"Yaraqlılar əvvəlcədən müəyyən edilib. Bu, 2014-cü ildə Doku Umarovun öldürülməsi ilə əlaqədar "İmarat Qafqaz" beynəlxalq terror təşkilatının başçısını əvəz edən 1972-ci il təvəllüdlü Əliashab Kebekov, respublikanın Unsukulski rayonunun ərazisində fəaliyyət göstərən gizli quldur təşkilatının başçısı 1982-ci il təvəllüdlü Şamil Hacıyev, Dağıstanda fəaliyyət göstərən quldur qruplaşmaların başçısı, 1980-ci il təvəllüdlü Omar Maqomedovdur", - Milli Antiterror Təşkilatının informasiya mərkəzinin məlumatında deyilir. 

Ümumilikdə xüsusi əməliyyat zamanı 5 terrorçu öldürülüb. 

Son xəbərlər

Orphus sistemi