Dağıstanda avtobusla "KamAZ"ın toqquşması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb - YENİLƏNİB

Dağıstanda avtobusla "KamAZ"ın toqquşması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb - YENİLƏNİB Hadisənin baş verməsinə səbəb yük maşınının qoşqusunun qoparaq, qarşıdan gələn avtobusa çırpılması olub
Region
13 İyul , 2016 07:30
Dağıstanda avtobusla KamAZın toqquşması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb - YENİLƏNİB

Bakı. 13 iyul. REPORT.AZ/ Dağıstanda avtobus "KamAZ"la Dərbənd-Anapa marşrutu istiqamətində hərəkət edən avtobusun toqquşması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisənin baş verməsinə səbəb yük maşının qoşqusunun qoparaq, qarşıdan gələn avtobusa çırpılması göstərilir.

İnformasiyaya əsasən, avtobus sürücüsü manevr edə bilməyib.

Qeyd edək ki, hadisə nəticəsində 25 nəfər yaralanıb. 

***03.19

Bakı. 13 iyul. REPORT.AZ/ Mahaçqala-Həştərxan avtomobil yolunda sərnişin avtobusu ilə qoşqulu "KamAZ" yük avtomobilinin toqquşması nəticəsində 5 nəfər ölüb, yaralananlar da var.

"Report" xəbər verir ki, bu haqda "İnterfax" məlumat yayıb.

İnformasiyaya görə, hadisənin başvermə səbəbi araşdırılır.

Xəbərdə bildirilib ki, hadisə Dağıstanın Tarumov rayonunun Talovka kəndi yaxınlığında baş verib. 

Son xəbərlər

Orphus sistemi