Dağıstanda atışma nəticəsində 2 polis yaralanıb

Dağıstanda atışma nəticəsində 2 polis yaralanıb Bakı. 30 avqust. REPORT.AZ/ Dağıstanın Xasavyurt rayonunda atışma nəticəsində iki polis əməkdaşı yaralanıb.
Region
30 Avqust , 2018 01:58
Dağıstanda atışma nəticəsində 2 polis yaralanıb

Bakı. 30 avqust. REPORT.AZ/ Dağıstanın Xasavyurt rayonunda atışma nəticəsində iki polis əməkdaşı yaralanıb.

“Report” xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, atəş açan şəxs hadisə yerindən uzaqlaşıb.

"Polis əməkdaşları Moskva vaxtı ilə təqribən 23.00-da Xasavyurt rayonunun Toturbiykal yaşayış məntəqəsi yaxınlığında sənədləri yoxlamaq üçün bir avtomobili saxlayıblar, bu zaman naməlum şəxs əməkdaşlara atəş açaraq ərazidən qaçıb", - deyə RİA "Novosti" regional idarənin məlumatını sitat gətirib.

Son xəbərlər

Orphus sistemi