​Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq olunub

​Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq olunub "Yaraqlılar və onlarla əlbir olan şəxslərin axtarışı həyata keçirilir"
Region
17 Oktyabr , 2015 11:38
​Dağıstanda antiterror əməliyyatı rejimi tətbiq olunub

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu gün səhər saatlarından başlayaraq Dağıstanın Xasavyurt rayonunun yaşayış məntəqələrinin bəzi ərazilərində antiterror əməliyyatı rejimi tətbiq olunub.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti"yə operativ qərargahın Dağıstan Respublikası üzrə nümayəndəsi bildirib.

"Bu gün Moskva vaxtı ilə saat 06:30-da Xasavyurt rayonunun Batayurt, N.Kuruş və Sadovoye yaşayış məntəqələrində antiterror əməliyyatı rejimi tətbiq olunub. Yaraqlılar və onlarla əlbir olan şəxslərin axtarışı həyata keçirilir", - məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi