Dağıstanda 3 silahlı zərərsizləşdirilib

Dağıstanda 3 silahlı zərərsizləşdirilib Avtomobil yandığından onların şəxsiyyətləri hələ də müəyyənləşdirilməyib
Region
24 Sentyabr , 2016 10:43
Dağıstanda 3 silahlı zərərsizləşdirilib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Dağıstanın Tabasaran rayonunda 3 silahlı zərərsizləşdirilib.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə respublikanın hüquq-mühafizə orqanlarından bildirilib.

Məlumata görə, sentyabrın 24-də gecə saatlarında polislər "Lada Kalina" markalı avtomobili yoxlamaq üçün saxlamağa cəhd göstərib. Bu zaman avtomobildən odlu silahdan atəş açılıb, cavab tədbiri nəticəsində maşındakılar zərərsizləşdirilib.

Xəbərdə bildirilib ki, avtomobil yandığından onların şəxsiyyətləri hələ də müəyyənləşdirilməyib. 

Son xəbərlər

Orphus sistemi