Dağıstanda 200-dən çox məmur korrupsiya işi üzrə cinayət məsuliyyətinə cəlb edilib

Dağıstanda 200-dən çox məmur korrupsiya işi üzrə cinayət məsuliyyətinə cəlb edilib Bakı. 10 iyul. REPORT.AZ/ “Dağıstan Respublikasında 200-dən artıq dövlət məmuru antikorrupsiya qanununu pozduğu üçün məsuliyyətə cəlb edilib”.
Region
10 İyul , 2018 16:42
Dağıstanda 200-dən çox məmur korrupsiya işi üzrə cinayət məsuliyyətinə cəlb edilib
0 : 00
0 : 00

Bakı. 10 iyul. REPORT.AZ/ “Dağıstan Respublikasında 200-dən artıq dövlət məmuru antikorrupsiya qanununu pozduğu üçün məsuliyyətə cəlb edilib”.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinlə görüşdə respublikanın başçısı səlahiyyətlərini müvəqqəti icra edən Vladimir Vasilyev bildirib.

“Biz hazırda məmurların sırasını təmizləyirik. Söhbət yalnız cinayət işi üzrə təqibdən getmir”, - deyə o vurğulayıb.

Müvəqqəti başçı yaxın zamanda Dağıstanda işlərin qaydasında olacağını söz verib.

Qeyd edək ki, bir müddət əvvəl Dağıstanın baş naziri və səhiyyə naziri korrupsiya işi üzrə həbs edilib. 

Son xəbərlər

Orphus sistemi