Dağıstanda 11 İŞİD tərəfdarı zərərsizləşdirilib

Dağıstanda 11 İŞİD tərəfdarı zərərsizləşdirilib Onlar dövlət orqanları əməkdaşlarına qarşı sui-qəsdlər hazırlayıblarmış
Region
27 Aprel , 2018 03:51
Dağıstanda 11 İŞİD tərəfdarı zərərsizləşdirilib

Bakı. 27 aprel. REPORT.AZ/ Dərbənddə 21 və 24 aprel tarixlərində İŞİD terror təşkilatının 11 tərəfdarı zərərsizləşdirilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik (FTX) Xidməti İctimai Əlaqələr Mərkəzi məlumat yayıb.

2018-ci ilin 21 və 24 aprel tarixlərində Dərbənddə hazırda Suriyada olan İŞİD lideri Əbubəkr əl-Bağdadiyə sədaqət andı içmiş quldur dəstəsinin 11 üzvünün cinayətkar fəaliyyətinin qarşısı alınıb. Onlar Dərbənddə hüquq-mühafizə orqanları əməkdaşları və dövlət orqanları nümayəndələrinə qarşı rezonans doğuracaq sui-qəsdlər etməyi planlaşdırıblarmış.

FTX-dən verilən məlumata görə, hazırda əks-terror əməliyyatı rejimi tətbiq edilib. Yaraqlılar saxlanılan zaman müqavimət göstəriblər və cavab atəşi ilə öldürülüblər.

Son xəbərlər

Orphus sistemi