Yuxarı

Rusiya-Azərbaycan sərhəddində qanunsuz balıq partiyası müsadirə edilib

Bakı-Xarkov qatarında aşkarlanan çəkisi 40 kiloqram olan balıqın sahibi hələlik müəyyən edilməyib

Bakı. 3 sentyabr. REPORT.AZ/ Dağıstan gömrükçüləri Rusiya-Azərbaycan sərhəddində nərə cinsindən olan qanunsuz balıq partiyasını aşkar ediblər. "Report" xəbər verir ki, bu barədə RİA “Dağıstan” respublika gömrüyünün mətbuat xidmətinə istinadən məlumat verilib.

Bildirilir ki, "Bakı-Xarkov" qatarında aşkarlanan çəkisi 40 kiloqram olan balığın sahibi hələlik müəyyən edilməyib.

Cinayətkarın saxlanılması üzrə əməliyyatı Dağıstan Gömrüyünün Qaçaqmalçılığın Xüsusi Təhlükəli Növləri ilə Mübarizə şöbəsinin və Kinoloji Xidmətin əməkdaşları birgə həyata keçiriblər.

Qanunsuz daşınan balıq müsadirə edilib və ekspertizaya göndərilib. Onun nəticələrinə görə, cinayət işinin qaldırılması məsələsi həll olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi