Yuxarı
    Bağlamaq

    Dağıstan cəzaçəkmə xidmətinin rəis müavininin meyiti kabinetində aşkarlanıb

    Meyitin üzərində çoxsaylı fiziki xəsarət izləri olub

    Bakı. 4 iyul. REPORT.AZ/ Rusiya Federal Cəzaçəkmə Xidmətinin Dağıstan Respublikası üzrə idarəsi rəisinin müavini, polkovnik-leytenant Nəriman Yarəliyevin meyiti iş otağında aşkar edilib.

    “Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda Federal Ləzgi milli-mədəni muxtariyyətinin saytında məlumat yayılıb.

    İnformasiyaya əsasən, meyitin üzərində çoxsaylı fiziki xəsarət izləri aşkar edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi