Dağıstan baş nazirnin müavini: "Respublikada 40-a yaxın silahlı fəaliyət göstərir"

Dağıstan baş nazirnin müavini: "Respublikada 40-a yaxın silahlı fəaliyət göstərir" Ramazan Cəfərov: "Dağıstanda silahlıların terrorçuluq fəaliyyəti hələ də yüksək səviyyədədir"
Region
12 Oktyabr , 2016 21:48
Dağıstan baş nazirnin müavini: Respublikada 40-a yaxın silahlı fəaliyət göstərir

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Dağıstanda 40-a yaxın silahlı fəaliyyət göstərir".

"Report" xəbər verir ki, bunu Dağıstan Respublikası baş nazirnin müavini Ramazan Cəfərov TASSa müsahibəsində bildirib.

"Vəziyyətin təhlili göstərir ki, Dağıstanda silahlıların terrorçuluq fəaliyyəti hələ də yüksək səviyyədədir. Respublika ərazisində bir neçə qruplaşma fəaliyyət göstərir. Onlar vahid rəhbərlik tərəfindən idarə edilmirlər. Onların ümumi sayı 30-40-dır", - deyə o vurğulayıb.

İnformasiyaya əsasən, Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Borotnikov ötən gün Pyatiqor şəhərində Milli Antiterror komitənin səyyar iclasında bildirib ki, cari ildə 15-i başçı olmaqla 100-ə yaxın silahlı zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi