Rusiya rəsmisi: "İranın ŞƏT-ə üzvlüyü üçün heç bir maneə qalmayıb"

Rusiya rəsmisi: "İranın ŞƏT-ə üzvlüyü üçün heç bir maneə qalmayıb" "ŞƏT mövcud olduğu 15 il ərzində onun regional proseslərə təsiri güclənib"
Region
29 Oktyabr , 2016 05:00
Rusiya rəsmisi: İranın ŞƏT-ə üzvlüyü üçün heç bir maneə qalmayıb

Bakı. 29 oktyabr. REPORT.AZ/ Nüvə proqramı ilə bağlı vəziyyətin nizamlanmasından sonra İranın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olması üçün heç bir maneə qalmayıb.

"Report" xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin deyib.

O qeyd edib ki, ŞƏT mövcud olduğu 15 il ərzində onun regional proseslərə təsiri güclənib.

"Başa çatmaqda olan mərhələyə Hindistan və Pakistanın təşkilatın tamhüquqlu üzləri sırasına daxil olması proseduru daxildir. Ümid edirik ki, onların ŞƏT-də iştirakı yaxın vaxtlarda bu birlikdə əməkdaşlığı zənginləşdirəcək", — deyə o bildirib.

Cümə günü BMT Təhlükəsizlik Şurasının MDB, KTMT və ŞƏT regional təşkilatları ilə BMT-nin qarşılıqlı fəaliyyət məsələləri üzrə açıq iclası keçirilib.

Azərbaycan ŞƏT-in dialoq üzrə tərəfdaşıdır.

Son xəbərlər

Orphus sistemi