Co Bayden: "ABŞ türk xalqının müttəfiqi olaraq Türkiyəni tam dəstəkləyir"

Co Bayden: "ABŞ türk xalqının müttəfiqi olaraq Türkiyəni tam dəstəkləyir" Vitse-prezident: "Türk millətinin ABŞ-dan yaxşı dostu yoxdur"
Region
24 Avqust , 2016 17:59
Co Bayden: ABŞ türk xalqının müttəfiqi olaraq Türkiyəni tam dəstəkləyir

Bakı. 24 avqust. REPORT.AZ/ "Türk xalqının müttəfiqi olaraq, ABŞ-ın Türkiyəni tam dəstəklədiyini söyləmək istəyirəm".

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyənin baş naziri Binəli Yıldırımla birgə keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, dövlət çevrilişi cəhdindən əvvəl olduğu kimi ABŞ indi də Türkiyə xalqı ilə çiyin-çiyinədir: "Türk millətinin ABŞ-dan yaxşı dost yoxdur. Biz ortaq dəyərlərimiz və ortaq etibarımız üçün birlikdəyik".

C.Bayden Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənlə bağlı məsələni birlikdə araşdırdıqlarını, onun Türkiyəyə ekstradisiyasına isə məhkəmənin baxacağını söyləyib: "Bunu üçün bütün dəlillər və məlumatlar ABŞ məhkəmələrinə təqdim edilməlidir. Ədliyyə belə fəaliyyət göstərir.

Türk millətinin narahatlığını anlayıram. Ancaq prosesin davam edəcəyinə də şübhəniz olmasın. Türkiyə hökumət ilə əməkdaşlıq edəcəyik. Heç bir ölkə bu məsələlərə belə dözümlü yanaşa bilməz".

Co Bayden bildirib ki, ABŞ Türkiyədəki dövlət çevrilişi cəhdini dəstəkləmir və çevrilişə hazırlıqla bağlı informasiyaya malik olmayıb. O, dövlət çevrlişindən ABŞ-ın əvvəldən məlumatlı olması haqda yayılan xəbərləri təkzib edib. Vitse-prezident dövlət çevirilişinə cəhdi "qorxaq akt" adlandırıb.

Son xəbərlər

Orphus sistemi